MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | NEWS
DAIM | NEWS
DAIM | NEWS
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

“AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN ŞƏRTLƏRİNİ QƏBUL ETMƏKDƏN BAŞQA YOL YOXDUR...”

Baş səhifəDünya“AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN ŞƏRTLƏRİNİ QƏBUL ETMƏKDƏN BAŞQA YOL YOXDUR...”
“AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN ŞƏRTLƏRİNİ QƏBUL ETMƏKDƏN BAŞQA YOL YOXDUR...”
15 dekabr, 2021, çərşənbə 15:29
  • yazdıryorum yazfont küçültfont büyüt

Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin yazdığına görə, ötən gün dekabrın 14-də Eduard Ağacanyanın təşəbbüsü ilə Yerevanda hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatlarla Levon Ter-Petrosyanın müşaviri olmuş Jirayr Libaridyanın qapalı görüşü olub. Görüşün təşkil edilməsi ideyasının baş nazir Nikol Paşinyana məxsus olduğu bildirilir. Məlumata görə Paşinyan hazırda ABŞ-ın Miçiqan universitetinin professoru olan Libaridyanı parlamentə onun “Ağ kağız” adlı kitabının tezislərini təbliğ etmək üçün “ezam edib”. Həmin kitabda ermənilərin türklərlə ilkin şərtlər irəli sürmədən qonşuluq münasibətləri qurmalı olduğu, “soyqırım” iddialarının tanınması tələblərindən imtina edilməsi, Azərbaycanla sülh müqaviləsinin imzalanması və bu zaman Dağlıq Qarabağın statusu barədə heç bir şərt irəli sürülməməsi barədə danışılır.

“Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlamasına qədər Paşinyan öz komandasını hazırlamalıdır, çünki sənəd parlament tərəfindən ratifikasiya edilməlidir. O, narahatdır ki, “Vətəndaş müqaviləsi”ndə onun proqramlarına mane ola biləcək patriotlar tapıla bilər. Libaridyan isə hakim partiyadan deputatları inandırmağa çalışıb ki, ermənilər xüsusən də müharibədən sonra heç bir rol oynaya, tələblər irəli sürə bilməz və mövcudluğu saxlamaq üçün yeganə variant Azərbaycan-Türkiyə tandeminin şərtlərini qəbul edib münasibətlər qurmaqdır”,-xəbərdə deyilir.

Bildirilir ki, Libaridyan statusa dair hər hansı məsələni qaldırmağın düzgün olmadığını da deputatlara bildirib. Habelə Zəngəzur dəhlizinin açılması ilə bağlı deyib ki, “yol” və “dəhliz” anlayışları arasında hansısa həll tapılmalıdır. Libaridyan keçmişə ekskurs edib və deyib ki, ərazilərin geri qaytarılması qaçılmaz idi, çünki hələ 90-cı illərdə beynəlxalq ictimaiyyət həmin əraziləri işğal edilmiş ərazilər kimi tanımışdı. Deputatlar soruşublar: nəyə görə birinci prezident Ter-Petrosyan qalib mövqeyindən bu məsələni həll etmədi? Libaridyan isə Vazgen Sərkisyanı (keçmiş müdafiə naziri) nəzərdə tutaraq bildirib ki, tərəfdaşları ona imkan vermədilər...

Libaridyan onu da deyib ki, Ermənistanın hazırda xarici siyasəti mahiyyətcə, yoxdur. Görüşdə 20-25 deputatın iştirak etdiyini və heç də hamının Libaridyanla razılaşmadığı bildirilir.

Mənbə: Virtualaz

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

Azərbaycan lideri Ermənistana xəbərdarlıq edib
Prezident: "Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur"
Prezident: "Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur"
Məktəbəhazırlıq qrupları ilə bağlı YENİLİK
Məktəbəhazırlıq qrupları ilə bağlı YENİLİK
Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb
Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb
Ukraynada “Bayraktar”ların komplekt hissələrinin istehsalı zavodu tikiləcək
Ukraynada “Bayraktar”ların komplekt hissələrinin istehsalı zavodu tikiləcək
Ermənistanın xarici ölkədə casusluq fəaliyyəti aşkarlanıb
Ermənistanın xarici ölkədə casusluq fəaliyyəti aşkarlanıb
MN “Qisas” əməliyyatı nəticəsində azad olunan ərazilərdə görülən işləri açıqlayıb - YENİLƏNİB
MN “Qisas” əməliyyatı nəticəsində azad olunan ərazilərdə görülən işləri açıqlayıb - YENİLƏNİB
Azərbaycan Ordusunun "Qisas" əməliyyatının görüntüləri - VİDEO
"Qarabağ"ın avrokubokların pley-offunda potensial rəqibləri müəyyənləşib
Nazir: “Özbəkistan, Azərbaycan və Türkiyə regionda nəqliyyat layihələrini dəstəkləyir”
Avqustun ilk günü üçün hava proqnozu açıqlanıb
Avqustun ilk günü üçün hava proqnozu açıqlanıb
Azərbaycan Ordusunun mövqeləri üç istiqamətdə atəşə tutulub
RƏSMİ
Azərbaycan Ordusunun mövqeləri üç istiqamətdə atəşə tutulub
Kəlbəcərin Alagöllər hövzəsində burulğan-tornado baş verib
Kəlbəcərin Alagöllər hövzəsində burulğan-tornado baş verib
Azərbaycan Ordusunda döyüş hazırlığı ilə bağlı yoxlamalar keçiriləcək
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
DÜNYA

Ukraynada “Bayraktar”ların komplekt hissələrinin istehsalı zavodu tikiləcək

KİV: “Boris Conson NATO-nun Baş katibi ola bilər”

Türk kəşfiyyatından növbəti əməliyyat: "Kəndal ermənisi" öldürülüb

Amerikalı ekspert İran səfirinin Bakıdan qovulmasını təklif edib

DAIM | NEWS
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft