© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Ümid Nəccarinin Kosovoda kitabı nəşr edilib

Gənc şair Ümid Nəccarinin "Fotoja e errësirës"-(Qaranlığın fotosu) adlı kitabı Kosovoda işıq üzü görüb. Kitabın tərcüməsi dünya şöhrətli şair Jeton Kelmendiyə və önsöz müəllifi Dr. Bujar Tafaya aiddir. Bu kitab həm də böyük sayıda Kosovodaki məktəblər və universitetlərdə öyrəncilərə veriləcəkdir. Kitab IWA Bogdani nəşriyyatında alban dilində çap olunub. Xatırladaq ki, 2020-ci ildə Ümid Nəccarinin “Qaranlığın fotosu” adlı kitabı “СЛИКА TAME” (serb dilində) Belqrad şəhərində və 2021-ci ildə Özbəkistan da "Unutmaq" adlı şeir kitabı dərc olunmuşdur. Ümid Nəccari üç kitab müəllifidir və indiyə qədər Amerika, Serbiya, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və b ölkələrin mətbu orqanlarında şeirləri və yazıları tərcümə olunaraq yayımlanıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR