© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Türkiyədə koronavirusa yoluxanların yarıdan çoxu sağalıb, 3 520 nəfəri ölüb

"Türkiyədə son sutkada daha 59 nəfər pandemiyanın qurbanı olub”.

DAİM.AZ məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

 

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 520 nəfərə çatıb.

 

Nazir həmçinin daha 1 832 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 129 491-ə yüksəldiyini bildirib.

 

F.Koca Türkiyədə indiyədək 73 285 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR