© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Türkiyə klublarının pley-offdakı rəqibləri məlum oldu

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

DAİM.AZ xəbər verir ki, Türkiyə təmsilçilərindən "Beşiktaş" evdə Portuqaliyanın "Rio Ave" komandasını mübarizədən kənarlaşdırsa, növbəti raundda İstanbulda "Milan" (İtaliya) - "Bodo Qlimt" (Norveç) cütünün qalibi ilə üz-üzə gələcək. 

"Qalatasaray" Xorvatiyanın "Hayduk" (Split" komandasını üstələsə, "Villem II" (Hollandiya) / "Reyncers" (Şotlandiya) cütünün qalibi ilə səfərdə qarşılaşacaq. 

"Alanyaspor" isə Norveçdə "Rusenborq"u yenə bilsə, İstanbulda "Mura" (Sloveniya) / PSV (Hollandiya) cütünün qalibi ilə görüşəcək. 

Oyunlar oktyabrın 1-də keçiriləcək.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR