© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

TEKNOFEST: İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan aviaşounu izləyiblər

Prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, qardaş ölkələrimizin rəsmi nümayəndə heyətləri və festival iştirakçıları aviaşounu izləyiblər.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

16:51

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST-Azərbaycan" Festivalında Azərbaycan Hərbi Hava Qüvvələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk ulduzları" və "Solotürk" qruplarının, habelə helikopterlərin nümunəvi çıxışlarını izləyirlər.

Aviaşounu izləyənlər arasında “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, həmçinin Sümeyyə Bayraktar və Arzu Əliyeva, Nobel mükafatı laureatı professor Əziz Sancar da var

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR