© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Təbrizdə İran rejimiin talançılıq siyasətinə etiraz edildi

Azərbaycanlı milli fəallar Təbrizdə vərəqələr paylayaraq Azərbaycan sərvətlərinin İran rejimi tərəfindən talanmasına etiraz ediblər.

Azərbaycanlı milli-mədəni fəallar Güney Azərbaycanın mədən və təbii sərvətlərinin talanması, habelə İran rejimi tərəfindən azərbaycanlı fəalların həbsə məhkum edilməsinə və İranın müstəmləkə siyasətinə etiraz olaraq çoxsaylı vərəqələr hazırlayaraq şəhərdə paylayıblar.

Vərəqələrdə İranın Güney Azərbaycana qarşı müstəmləkə siyasəti ilə bağlı Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədrza Purməhəmmədinin fikirləri də alıb: “Hər gün Şərqi Azərbaycanın Vərziğan bölgəsində yerləşən Süngün mis mədəninin 50 milyard tümən dəyərində konsentratı Kerman vilayətinə daşınır. Bu pullar vilayətimizdə qalarsa, bura cənnət olar”.

Qeyd edək ki, İran rejimi Güney Azərbaycana qarşı müstəmləkə siyasəti yeritməklə Azərbaycanı talayır. Bu isə haqlı olaraq azərbaycanlıların etirazı ilə qarşılanır.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR