© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

"Soydaşlara pulsuz ali təhsil" layihəsi ilə bağlı təkliflər irəli sürüldü

"Soydaşlara Pulsuz Ali Təhsil" layihəsi ilə bağlı təşəbbüsçülər olaraq deputat, Milli Məclisin elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru hörmətli tarixçi professor Musa Qasımlının qəbulunda olduq.

Layihə ilə bağlı "Təhsil haqqında Qanun"a əlavə və dəyişikliklər təklifimizi millət vəkilinə təqdim etdik. Belə ki, mövcud qanunvericiliyə görə, ödənişsiz ali təhsildən yalnız Azərbaycan Respublikasının vətəndaşları yararlana bilər. Azərbaycan dilini bilən, lakin ölkəmizin vətəndaşı olmayan insanların, xüsusilə tarixən müstəqil Azərbaycanın hüdudlarından kənarda məskunlaşan və kompakt yaşayan milyonlarla soydaşımızın ilkin olaraq seçilmiş 15 ixtisas üzrə müvafiq kvota ayrılması ilə təhsil haqqı ödənişindən azad edilməsi olduqca vacibdir. Mövzu ətrafında müzakirələr, layihənin önəmi barədə fikir mübadiləsi oldu. 

Hörmətli professor Musa Qasımlı parlamentdə məsələni qaldıracağını və təklifimizi səsləndirəcəyini bildirdi.

Səmimi görüşə və dəyərli kitab hədiyyəsinə görə Musa Qasımlıya təşəkkür edirik.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR