© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Səkkiz nəfər xilas edildi, bir nəfərin meyiti aşkarlandı

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

Qurumdan verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış, bir avtomobil qəzası və beş digər hallarda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində səkkiz nəfər xilas edilib, bir nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR