© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Sabiq futbolçu Ronaldinyo ev dustaqlığından azad edildi

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo və qardaşı Assis Moreyra Paraqvay məhkəməsinin qərarı ilə ev dustaqlığından şərti azadlığa buraxılıblar.

Vesti.ru xəbər verir ki,  məhkəmə qərarına əsasən, Ronaldinyo və qardaşı 200 min dollar (340 min manat) cərimə ödəmək məcburiyyətindədirlər.

Eyni zamanda eks dünya çempionu bir il ərzində hər üç aydan bir Braziliya məhkəməsinə izahat verməlidirlər.

Futbolçu həmçinin ölkə xaricinə getmək üçün də məhkəməyə məlumat göndərməlidir.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR