© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Rusiyaya qarşı sanksiyalar Avropanı 1,5 trilyon dollar zərərlə üzləşdirib

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyalardan ümumi itkiləri təxminən 1,5 trilyon dollara çatıb.

Reyting.az 
xəbər verir ki, bu barədə jurnalistlərə Avrasiya İqtisadi Forumu çərçivəsində Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının tətbiq etdiyi sanksiyalardan və iqtisadi sahədə Rusiya ilə əməkdaşlığın məhdudlaşdırılmasına dair qəbul etdiyi qərarlardan tutmuş ümumi itkiləri - ən mühafizəkar hesablamalardır.

Qruşko həmçinin xatırladıb ki, 2013-cü ildə Rusiya Federasiyası ilə Avropa İttifaqı arasında ticarətin həcmi 417 milyard dollar təşkil edib: “Əgər bu ticarətin artım dinamikasına nəzər salsaq, bu il təxminən 700 milyard avro təşkil edə bilər”.

Nazir müavini əlavə edib ki, 2022-ci ildə sanksiyaların tətbiqindən sonra bu, təqribən 200 milyard idisə, 2023-cü ilin ilk altı ayında 46 milyard olub, yəni ilin sonuna qədər bu rəqəmin 100 milyarddan az olması mümkündür.

Qruşko deyib ki, gələn il Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi 50 milyard avroya düşə və onda bu rəqəm sıfıra enə bilər.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR