© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Rusiya təkliflərə məhəl qoymur - Nüvə təhlükəsi davam edir

Dünyanın diqqəti bir müddətdir Rusiyanın işğalı altında olan Zaporojye Atom Elektrik Stansiyası (AES) ilə bağlı məlumatlara yönəlib. Çünki Avropanın ən böyük AES-nin yerləşdiyi Zaporojya münaqişənin ortasında qaldıqdan sonra, belə demək mümkünsə, nüvə həyəcanı yaranıb.

Reyting.az 
xəbər verir ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qatıldığı Lvov sammitindən sonra Ukraynanın dövlət başçısı Volodimir Zelenski Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Zaporojyaya potensial missiyasının parametrlərini qəbul etdiyini bildirib.

Ukrayna liderinin bu bəyanatından sonra gözlər Rusiyaya çevrilib. Bölgədə baş verə biləcək qəzanın nüvə fəlakətinə səbəb olacağı ilə bağlı xəbərdarlıqlar davam edərkən, rəsmi Moskva Zaporojya ilə bağlı ilk açıqlamasını verib.

Rusiya Ukraynanın cənubundakı Zaporojye AES ətrafındakı ərazinin tam tərksilah edilməsi tələblərini rədd edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi İvan Neçayev bildirib. Rusiya rəsmisi bölgənin tərksilah edilməsinin obyekti daha həssas hala gətirəcəyini deyib.

Bölgənin tərksilah edilməsinin “indiki mərhələdə bir seçim olmadığını” deyən Neçayev, Ukraynanın təxribatlar törədə biləcəyini iddia edib.

Ukrayna tərəfi isə Rusiyanı AES-dən hərbi qalxan kimi istifadədə ittiham edir.

Ukrayna lideri Zelenskinin sözlərinə görə, AES-dən “pərdə kimi” istifadə edərək atəş açan hər bir rus əsgəri başa düşməlidir ki, “onlar kəşfiyyat agentlərimiz, xüsusi xidmət orqanlarımız və hərbçilərimiz üçün xüsusi hədəfə çevrilib”.

Qeyd edək ki, 1984-1995-ci illərdə tikilən Zaporojye AES Avropanın ən böyük, dünyanın isə doqquzuncu AES-dir.

Hər biri 950 MVt və ümumi gücü 5700 MVt olan altı reaktoru olan stansiya Ukrayna enerjisinin dörddə birini istehsal edir. AES Ukraynanın cənub-şərqindəki Dnepr çayı üzərindəki Kaxovka su anbarının sahilində yerləşir.

AES Donbass bölgəsindən təxminən 200 kilometr aralıda və Kiyevdən 550 kilometr cənub-şərqdə yerləşir.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR