© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Röyanın fotosunu bəyənmədi, Fatimənin şəklini görüb studiyadan getdi - Video

Müğənni Xatun Əliyeva "7 canlı" verilişində qonaq olub.

DAİM.AZ Axşam.az istinadən xəbər verir ki, proqramda sənətçilərin plastik əməliyyatdan əvvəlki və indiki fotoları nümayiş edilib. Xatun isə onları indiki halları ilə müqayisə edərək, fikirlər bildirib.

X.Əliyeva reper Elşad Xosenin şəklini gördükdə “Kimdir bu? Tanımadım” söyləyib.

Xalq artisti Röya Ayxanın plastik əməliyyatının uğurlu olduğunu deyən sənətçi sonuncu fotosessiyasından da danışıb:

“Ramazanda təqdim etdiyi üçün fotosessiyasını bəyənmədim. Düzdür, onu maraqlandırmır kim bəyənib, kim yox. Edib, canı sağ olsun”.

Xatun küsülü olduğu rəqqasə Fatimə Fətəliyevanın fotosunu görəndə isə su içmək bəhanəsi ilə studiyanı tərk edib.

O, həmkarı Xatirə İslamın əməliyyatlarının uğurlu olduğunu bildirib:

“Gözəldir. Amma son günlər əməliyyatsız efirdə yaxşı görünmür. Sən buxağını harada, kimə yığdırdın? Səndə nə boyda buxaq var idi, məndə getmir”.

X.Əliyeva Xalq artisti Brilliant Dadaşovanın gözəl xanım olduğunu dilə gətirib:

“Baxımlıdır, məncə estetik də etdirməyib. Çox özünü sevir, tərifli xanımdır. Biz indi pandemiyaya görə məsafə saxlayırıq. Brilliant xanım isə o vaxtdan şou-biznes ilə pandemiyadadır, yaxın qoymur, saymır. Yaşa dolduqca anladım ki, düz edir”.

Xatun Sevil və Sevinc Səfərova bacılarını görəndə isə mikrafonu kənara qoyaraq “Mən danışmıram, kim istəyirsə danışsın” sözlərini deyib.
 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR