© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Rakif Əzizov: Bu gün Dağıstanda xeyli sayda azərbaycanlı mühüm dövlət vəzifələrində çalışır

Azərbaycan-Rusiya münasibətlərinin inkişafı qonşu ölkədə, eləcə də Dağıstan Respublikasında yaşayan soydaşlarımızın sosial-iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Bu gün Dağıstan Respublikasında xeyli sayda azərbaycanlı mühüm dövlət vəzifələrində çalışır.

Azərbaycan-Rusiya münasibətlərinin inkişafı qonşu ölkədə, eləcə də Dağıstan Respublikasında yaşayan soydaşlarımızın sosial-iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Bu gün Dağıstan Respublikasında xeyli sayda azərbaycanlı mühüm dövlət vəzifələrində çalışır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dağıstan Milli-Mədəni Muxtariyyət Mərkəzinin rəhbəri Rakif Əzizov bildirib.

Mərkəzin rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın Rusiyada yaşayan azərbaycanlılara qayğısı daim hiss olunur. Vaxtilə ulu öndər Heydər Əliyevin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara göstərdiyi diqqət bu gün Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Dövlət başçısının apardığı mehriban qonşuluq siyasəti Rusiyadakı soydaşlarımızın sabitlik içərisində yaşamasına səbəb olub.

Rakif Əzizov vurğulayıb ki, rəhbərlik etdiyi mərkəz Mahaçqalada mütəmadi olaraq Azərbaycanla bağlı tədbirlər keçirir. Ölkəmizə həsr olunmuş tədbirlərdə digər xalqların nümayəndələri də iştirak edirlər. Azərbaycan Prezidentinin apardığı tolerant siyasətin nəticəsidir ki, bu gün bütün xalqların dövlətimizə və xalqımıza böyük sevgisi var. Mahaçqala şəhərində Azərbaycan məktəbinin və Heydər Əliyev adına İstirahət Parkının yaradılması üçün müvafiq qurumlara müraciət olunduğunu deyən Dağıstan Milli Mədəni Muxtariyyət Mərkəzinin rəhbəri bu istiqamətdə ciddi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

R.Əzizovun sözlərinə görə, Dağıstanda 140 min azərbaycanlı qeydiyyatdır, 500-dən çox tələbə müxtəlif ali məktəblərdə təhsil alır. Mahaçqalada müvəqqəti yaşayan azərbaycanlılarla da mütəmadi əlaqələr saxlanılır. Yardıma ehtiyacı olan soydaşlarımıza kömək göstərilir.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR