© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Prezident avtomobil yollarının tikintisi və yenidən qurulmasına 10,05 milyon manat ayrıb

Prezident İlham Əliyev “Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 10,05 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR