© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Nə üçün qışda hər gün 2-3 feyxoa yeyilməlidir? Mütəxəssis açıqladı

Feyxoa yodla olduqca zəngindir. Bu meyvədə olan yodun miqdarı demək olar ki, dəniz məhsullarındakı kimidir. Bunu rusiyalı həkim-diyetoloq Yuliya Çexonina bildirirb.

Yoddan əlavə feyxoa C vitamini, fitonsidlər, lif və pektinlərlə zəngindir.

C vitamini soyuqdəymə və virus xəstəlikləri zamanı sağalmanı tezləşdirir, fitonsidlər isə virus və infeksiyalarla aktiv şəkildə mübarizə edir.

Lif və pektinlər bağırsaq mikroflorasına çox müsbət təsir edir, onu zənginləşdirir. Normal bağırsaq mikroflorası immun sisteminin yaxşı fəaliyyəti üçün ən vacib olan amillərdən biridir.

Çexonina bildirib ki, qış aylarına xəstəliklərdən qorunmaq üçün hər gün 2-3 feyxoa meyvəsini yemək lazımdır. Mütəxəssis feyxoanı qabığı ilə birkildə yeməyi tövsiyə edir ki, lif və pektinlərin miqdarı məhz qabıqlarda çoxdur.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR