© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Müdafiə Nazirliyi növbəti hərbi hissənin açılışını etdi - FOTO

Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov “N” nömrəli hərbi hissəsinin yeni inşa edilmiş infrastrukturunun açılışında iştirak edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə nazirinin müavini hərbi hissədə yeni inşa edilmiş yeməkxana, qarovul şəhərciyi və qarovul evi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeni tikilmiş yeməkxana binası müasir standartlara cavab verən qazanlar, sobalar, soyuducular və digər məişət texnikası, müvafiq mebel və inventarla təchiz olunub. Yeməkxanada soyuducu kamera otaqlarından ibarət ərzaq anbarı var.

Məlumat verilib ki, hərbi hissədə şəxsi heyətin peşəkar hazırlığı və döyüş vərdişlərinin artırılması üçün bütün lazımi şərait yaradılıb.
 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR