© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Maksim Medvedev: “Bu narazılıq söhbəti hardan çıxıb, bilmirik”

UEFA Millətlər Liqası çərçivəsində sabah millimiz Lüksemburqla qarşılaşacaq. Bununla bağlı mətbuat konfransı keçirilib.

DAİM.AZ Oxu.Az-a istinadən müxbiri Azərbaycan millisinin kapitanı Maksim Medvedevin fikirlərini təqdim edir:

 

“Yeni baş məşqçimiz var. Vaxtımız az olduğu üçün gündə iki dəfə məşq keçirdik. Baş məşqçi ən doğrusunu etməyə çalışırdı. Yeniliklərə uyğunlaşmağa çalışdıq. Artıq təcrübəm var, 30 yaşdayam, sıx qrafiklə oynamaqla bağlı problem yoxdur.

 

Heç kim ağır məşqlərə etiraz etməyib. Peşəkar futbolçu deməz ki, sənin məşqin ağırdır. Ola bilsin ki, məşqlərin vaxtı bölünsün. Komandanın oyun problemi var. Onları aradan qaldırmaq üçün intensiv məşqə ehtiyacımız var idi. Bu söhbətin haradan çıxdığını bilmirik. Futbolçularla öz aramızda da müzakirə etmişik. Bu, doğru məlumat deyil.

 

Lüksemburq yığması və klubları tam fərqlidir. Onların klublarında oynayan futbolçuların əksəriyyəti daxili çempionatda iştirak edirlər. Amma cəmi 3-4 yerli liqada oynayan oyunçu milliyə çağırılır. Təcrübəli futbolçuları var. Onların yığmasının bəzi videolarına baxmışıq, oyuna hazırıq. Bu o demək deyil ki, biz onlardan zəifik. “Qarabağ” böyük komandalara qarşı oynayır. Millinin də 30 faizi bu klubun oyunçularıdır. Deməyim odur ki, Lüksemburqun futbolçuları Avropa klublarında oynayır. Ancaq bu o demək deyil ki, onlardan çəkinməliyik”.

 

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq matçı saat 20:00-da başlayacaq.

 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR