© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb: general prezidentə məruzə edib - Video

Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.

Reyting.az xəbər verir ki, məruzədə deyilir:

"Möhtərəm Prezident! Cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!".

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR