© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Kamil Zeynallı azadlığa çıxdı

Karantin qaydalarını pozduğu üçün 10 sutka həbs olunan məşhur fitnes məşqçisi Kamil Zeynallı azadlığa çıxıb.   

DAİM.AZ xəbər verir ki, mayın 12-də Nərimanov rayonu ərazisində karantin rejiminin qaydalarını pozduğu üçün saxlanılan K.Zeynallı Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə azadlıqdan məhrum olunmuşdu.  

 

K.Zeynallı bu müddət ərzində Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılıb.  

 

Qeyd edək ki, ölkədə tədbiq olunan karantin rejimi müddətində K.Zeynallı kasıb və imkansız ailələrə yardımlar edərək, insanların rəğbətini qazanıb.  

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR