© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

İrana böyük təhlükə: nüvə sualtı qayığı Fars körfəzinə daxil olub - Foto

ABŞ-ın Ohayo sinfinə aid nüvə sualtı qayığı “USS Florida” Fars körfəzinə daxil olub. Bununla Vaşinqton Yaxın Şərqdə münaqişənin genişlənməsindən qaçmaq üçün güc nümayiş etdirir və Tehranı qarşıdurmadan çəkindirəcəyinə ümid bəsləyir.

Reyting.az
 xəbər verir ki, bu barədə “Bloomberg” Pentaqondakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, “USS Florida” sualtı qayığı nüvə enerjisinə malik olsa da, nüvə silahı daşımır. O, 154-ə qədər “Tomahavk” qanadlı raketi ilə silahlana və göyərtəsində 66-ya qədər ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısını daşıya bilir.



Xatırladaq ki, noyabrın 6-da Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Yaxın Şərqə Ohayo sinifli sualtı qayıq göndərdiyini açıqlayıb. Onun sözlərinə görə, bu, ABŞ ordusunun regionda təhlükəsizliyini təmin etmək üçün zəruridir.

Amma Kirbi ABŞ-ın hansı sualtı qayığının Yaxın Şərqə göndərildiyi və dəqiq harada yerləşdiyi barədə məlumat verməyib.
 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR