© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Dövlət Komitəsi ilə İsveçrənin “Swiss Abroad” və “Soliswiss” təşkilatları əməkdaşlıq imkanlarını müzakirə edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsveçrəyə səfəri çərçivəsində bu ölkədə bir sıra görüşlər keçirib. Səfərin ilk günü Dövlət Komitəsinin sədri ölkəmizin İsveçrə Konfederasiyasındakı Səfirliyində olub, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsveçrəyə səfəri çərçivəsində bu ölkədə bir sıra görüşlər keçirib. Səfərin ilk günü Dövlət Komitəsinin sədri ölkəmizin İsveçrə Konfederasiyasındakı Səfirliyində olub, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub. Sonra o, xarici ölkələrdə yaşayan isveçrəlilərin problemlərinin öyrənilməsi və həlli istiqamətində fəaliyyət göstərən “Swiss Abroad” təşkilatının direktoru Sara Mastantuni və “Soliswiss” təşkilatının icraçı direktoru Riçard Föqeli ilə görüşüb. Görüşdə, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.
Görüşlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycanda diaspora siyasətinin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən olduğu bildirilib. Söhbətlər zamanı, həmçinin bu təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə olunub.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR