© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Diaspor fəallarımız arasında koronavirusdan ölənlər var - RƏSMİ

“Xaricdə yaşayan diaspor fəalları arasında koronavirusdan vəfat edənlər də var”.

Bu barədə DAİM.AZ-ın sorğusuna cavab olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.

 

Onun sözlərinə görə, xaricdə yaşayan diaspor fəalları arasında ailəlikcə koronavirusa yoluxanlar var:

 

“Ukrayna, Dağıstanda ailəlikcə virusa yoluxanlar var. Yoluxanlar və ölənlər barədə dəqiq məlumat vermək mümkün deyil. Bəzi diaspor fəalları bir-birini tanımır. Bir-birini tanıyanlar koronavirusa yoluxma ilə bağlı məlumat verirlər”.

 

V.Vahidqızı qeyd edib ki, İsveç Krallığının paytaxtı Stokholm şəhərində və ABŞ-da yaşayan iki soydaşımız koronavirusdan ölüb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR