© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Bavariya çempionlar liqası kubokunu qazandı- VİDEO

Çempionlar Liqasında (ÇL) 2019/20 mövsümünə yekun vurulub.

DAİM.AZ xəbər verir ki, turnirdə final görüşü keçirilib.

 

Həlledici matçda Fransa çempionu PSJ ilə Almaniyanın ən güclüsü “Bavariya” üz-üzə gəlib.

 

İtaliyalı Daniele Orsatonun idarə etdiyi görüşdə PSJ tarixində ilk dəfə, “Bavariya” isə 11-ci dəfə final oyununa çıxıb.

 

Qarşılaşmanın taleyini bir qol həll edib.

 

Oyunun 59-cu dəqiqəsində Kinqsli Komanın qolu “Bavariya”ya 11-ci final matçında 6-cı ÇL çempionluğunu qazandırıb.

 

Çempionlar Liqası

 

Final

 

23 avqust

 

PSJ (Fransa) – “Bavariya” (Almaniya) - 0:1

 

Qol: Koman, 59

 

Baş hakim: Daniel Orsato (İtaliya)

 

Lissabon. “Da Luş” stadionu

 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR