© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Bakı hava limanına hərəkət edən avtobusların hərəkət qrafiki dəyişib

"BakuBus" MMC Heydər Əliyev Beynəlxalq Aeroportuna hərəkət edən ekspress avtobus marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edib.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, “Hava limanı- “Koroğlu” m/s- “28 may” m/s” marşrutu üzrə fəaliyyət göstərən “Aeroport Express” noyabrın 1-dən etibarən 30 dəqiqə hərəkət intervalı ilə gecə saat 01:00-ə qədər fəaliyyət göstərməyə başlayıb. İndiyə qədər həmin avtobuslar 1 saatlıq intervalla saat 06:00-dan 00:00-a qədər xidmət göstərirdi.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR