© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Azərbaycan xalqının milli qurtuluş günü

Azərbaycan Respublikasında rəsmi bayramlardan biri. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib.1997-ci ildən qeyd olunan bayrama 1998- ci ildən dövlət statusu verilmişdir.

Bu gün - xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir.
Xalqımızın tarixinə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzi (DAİM.AZ) kollektivi adından xalqımızı səmimi qəlbdən təbrik edirik.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR