© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Avropada koronavirusun beşinci dalğası sürətlə yayılır

Fransada COVİD-19-a yoluxanların həftəlik artımı səksən faizə çatıb. “Le Figaro” onlayn portalının Fransa hökumətinin nümayəndəsi Gabriel Attalın dilindən yaydığı məlumatda deyilir ki, son bir ayda koronavirusun beşinci dalğası əvvəllər görünməmiş sürətlə yayılmaqdadır.

Reyting.az
-ın məlumatına görə, G. Attal bildirib ki, təhlükəli virusa yoluxan insanların həftəlik artım statistikası həyəcanvericidir. Əhalinin 100 min nəfərinə düşən xəstə sayı isə son həftə ilə müqayisədə 100 yoluxandan 164-ə yüksəlib. Hökumət nümayəndəsi qeyd edib ki, yaranmış vəziyyətdə hökumət xəstəliyi keçirmək, yaxud peyvənd olunma haqqında sertifikatlardan istifadəyə nəzarəti sərtləşdirməyə məcburdur.

Bir neçə gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun direktoru Xans Klyüqe qitədə yarım milyon insanın COVİD-19-un qurbanı ola biləcəyi barədə xəbərdarlıq etmişdi: “Əgər ölkələr məhdudiyyətlərə getməsə, bu qış 500 min insan ölə bilər. Koronavirusun növbəti və daha təhlükəli dalğası havalarnın soyuması, bəzi ölkələrdə peyvəndlənmənin aşağı səviyyədə olması və virusun daha yoluxucu ştammlarının üzə çıxması səbəbindən yaranıb”.

Yeri gəlmişkən, iki gün əvvəl ABŞ mediasında koronavirusa ən ilkin mərhələdə yoluxmanın yerini və səbəbini açıqlayan tədqiqatın nəticələri dərc olunub. Hesabatda COVİD-in birinci xəstəsi kimi Çinin Uhan şəhərindəki ət və balıq məhsulları bazarındakı satıcının adı çəkilir. Arizona Universitetinin ekologiya və evolyusiya biologiyası departamentinin rəhbəri, doktor Maykl Uorobey həmin satıcının koronavirusa 2019-cil dekabırn 11-də yoluxduğunu bildirib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR