Gürcüstandakı ərazilərimiz

16px11px
07.04.11 11:25 Etnoqrafik fenomen-Axısqa türkləri

İkinci dünya müharibəsinin qanlı dövründə. 1944-cü ilin noyabrında və 1989-cu ildə amansız imperiya siyasətinin qurbanı olmuş, doğma vətənindən-Gürcüstandan uzaqlara sürgün olunmuş və bütün insani hüquqlardan məhrum edilmiş Axısqa türklərinə qucaq açan ölkələrdən biri də Azərbaycan olub.

Hazırda sayı yarım milyona çatmış Axısqa türkləri indi Azərbaycan, Türkiyə, Orta Asiya, Qazaxıstan, Şimali Qafqaz, Rusiya, ABŞ, Ukraynanın müxtəlif yerlərində yığcam toplumlar halında yaşayırlar. Axısqa türkləri ölkəmizin Saatlı, Sabirabad, Beyləqan, Xaçmaz, Quba, Şamaxı, Şəmkir, Gəncədə məskən salıb. Azərbaycan Axısqa türkləri üçün hər bir şərait yaradılıb.
Axıska türklərinin tarixi taleyi, mədəniyyəti, folklorunu araşdıran filologiya elmləri doktoru, professor Asif Hacılı deyir ki, Türk Dünyasının ulu boylarından olan Axısqa türklərinin taleyi türk tarixinin ən faciəli, həm də şanlı səhifələrindən biridir. Dünyanın cənnət guşələrindən sayılan Axısqa-Çıldır torpaqları ən əski çağlardan zəhmətkeş əməkçilərin və ustad sənətkarların yurdu olub. Türk ellərinin qovşağında, köç yollarının üstündə yerləşən bu obada müxtəlif türk bölgələrinin bir çox zənginlikləri cəmləşib. Axısqa mahalında qədimlərdən Anadolu və Qafqaz, Rumeli və Turan mədəniyyətləri çulğaşaraq orijinal etnoqrafik fenomen yaradıb.
Asif Hacılının sözlərinə görə, Asıxqa tükrləri dəhşətli sınaqlardan çıxıblar: "Hələ XX əsrin 30-cu illərində teatrlar yaratmış, məktəblər açmış, Ömər Faiq Nemanzadə, Osman Sərvər Atabəy, Əhməd bəy Pepinov, Məhəmməd Zəki kimi şəxsiyyətlər yetirmiş bir xalq öz varlığını qoruya bildi. Son vaxtlar ağsaqqalların səsinə yeni nəsildən olan cəfakeş ziyalılar səs verir. Azərbaycanda Axısqa türklərini birləşdirən "Vətən" cəmiyyəti fəaliyyət göstərir".
Asif Hacılı Axısqa folklorunun zənginliyindən də danışır: "Axısqa türk folkloru çox zəngin və çeşidlidir. Sürgün, ayrılıq və əzablar içində bu zəngin xəzinənin necə qorunması adamı heyrətləndirir. Bunu yalnız türk ruhunun ölməzliyi və böyüklüyü kimi anlamaq olar. Bu qədim türk ulusunun el sənəti minillərin yaddaşından gəlir. Nurani qocalar indiyədək şaman oxumalarına bənzər sirli duaları, Yunis İmrə, Qaracaoğlan, Dadaloğlu, Qurbani, Sümmani söyləmələrini unutmamışlar. Axısqa folklorunda bizim çağda, qəriblikdə yaranmış əsərlər də çoxdur. Bu çağdaş folklor nümunələri Türk Dünyasının ən faciəli günlərinin yadigarıdır, türk ruhunun əbədiliyinə böyük abidədir. Qəhrəman bir xalqın ağrıları, dəyanət və ümidləriylə dolu bu folklor ümumtürk mədəniyyətinin ən şanlı və mənalı səhifələrindən biridir. Sürgündən sonra Orta Asiya, Qafqaz və Rusiyanın müxtəlif bölgələrində məskunlaşmış Axısqa türklərinin milli ruhunu, birliyini qoruyan, onları vətənə bağlayan əsas amillərdən biri xalq sənəti, forklordur. Janr etibarilə çox zəngin olan Axısqa türk folkloru bir çox cəhətdən diqqəti cəlb edir. 1944-cü il sürgünündən sonra bu soydaşlarımızın milli yazılı ədəbiyyatı inkişaf etdirməyə obyektiv imkanları olmadığından folklor mədəni həyatın əsas formalarından birinə çevrilib. Buna görə Axısqa folkloru günümüzə qədər canlılığını qoruyub saxlayıb, dinamik sosial-mədəni amilə çevrilib. Axısqa türklərinin etnik şüurunda obyektiv tarixlə yanaşı, ideal poetik aləm, mif-folklor dünyası mühüm yer tutur. Xalq ənənəvi mərasim-folklor mühitini gündəlik həyatında, xəyal və düşüncəsində yaşadır və özü də bu mühit daxilində yaşayır. Axısqa folklorunda qədim motivlərlə bərabər müasir tarix, sürgün dövründəki mədəni əlaqələr, dil təmasları, yazılı ədəbiyyatın təsirləri də dərin iz buraxıb. Bütün bunlar Axısqa foklorunu tədqiqatçı üçün olduqca maraqlı bir estetik-mədəni fenomenə, Anadolu-Qafqaz-Türküstan regional əlaqələrini, türk-gürcü ilişgilərini əks etdirən zəngin mənbəyə çevirir. Lakin toplanmış material və sistemli tədqiqatlar hələlik olduqca azdır. Axısqa türk folkloru janr baxımından da əlvandır. El arasında müdrik kəlamlar, qədim dualar, incə manilər, deyimlər, ağılar, şaka-yerennüklər, türkülər, qoşmalar, nağıllar, mifik rəvayətlər, dastanlar, dəstənələr geniş yayılıb. Sanamalar, herslatmalar, tapmacalar, şaşırtmalar, nənnilər, oyunlardan ibarət çocuq folkloru da bir aləmdir. Axısqa elində qorunmuş bu folklor nümunələrinin böyük əksəriyyəti ümumtürk mədəniyyəti üçün tamamilə yeni və orijinaldır. Əfsus ki, ümutürk və dünya mədəniyyətini belə zənginləşdirə biləcək Axısqa türk folkloru bu vaxta qədər sistemli şəkildə öyrənilməyib. Axısqa yörəsinin tarixi, mədəniyyəti haqqında müxtəlif səpgili materiallar Türkiyə, Rusiya, Gürcüstan və Azərbaycan mənbələrində cəmləşib. Bunlar əsasən ümumi təsvir və müşahidə səciyyəsindədir. Axısqa elinin etnik mədəniyyəti haqqında dolaşıq, bəzən qərəzli fikirlər də çoxdur. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün hərtərəfli araşdırmalar, Axısqa elinin əzəli və əbədi türk ruhunu əks etdirən obyektiv tədqiqatlar lazımdır. İlk dəfə 1986-1990-cı, 1994-1997-ci, 1999-2000-ci illərdə topladığımız Axısqa türk folkloru nümunələrini və Axısqa elinin tarixi, coğrafiyası, etnoqrafik mədəniyyəti, mif və mərasimləri, tapınc və inanışları haqqında materiallar, müşahidə və araşdırmalarımızı məqalələr şəklində və ayrıca kitablarda ümumiləşdirərək dərc etdirmişdik".
Alim bu qənaətdədir ki, Azərbaycan və Türkiyə türklərinin hər ikisinə eyni dərəcədə yaxın olan Axısqanın tarixi, özünəməxsus maddi-mənəvi mədəniyyəti hələ də dərindən araşdırılmayıb. Bütün bunlar Axısqa türklərinin tarixinin, orijinal etnik mədəniyyətinin və folklorunun tədqiqini son dərəcə vacib edir.

DAİM

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto
Bu xəbər 1340 dəfə oxunub

Oxşar xəbərlər













» 2017-05-25 10:10 - 28 May-Respublika Günü Tehranda qeyd edildi

» 2017-05-25 09:51 - Azərbaycan Xocalı aeroportundan uçuşlarla əlaqədar aidiyyəti beynəlxalq təşkilatlara müraciət edəcək

» 2017-05-25 09:48 - Abbas Lisaninin mağazasının qıfılı gecə saatlarında ETTELAAT əməkdaşları tərəfindən sındırılıb

» 2017-05-25 09:46 - Atəşkəs rejimi 124 dəfə pozulub

» 2017-05-24 10:03 - Azərbaycanlı fəal Əzimi Qədim müvəqqəti azadlığa buraxılıb

» 2017-05-24 10:02 - Azərbaycanlılar Tehranda keçirilən Beynəlxalq Fotoqraf Yarışmasında parladılar

» 2017-05-24 09:59 - Atəşkəs rejimi 120 dəfə pozulub

» 2017-05-22 10:42 - Ruhani həm müxalifətə, həm də dünyaya mesaj verdi

» 2017-05-22 10:37 - Güney Azərbaycanda Milli Qiyamın 11-ci ildönümüdür - VİDEO

» 2017-05-22 10:34 - Almaniyadakı azərbaycanlılar Putinə müraciət edib

» 2017-05-22 10:31 - Ermənilər Rusiyada mayın 28-də Azərbaycana qarşı təxribat hazırlayırlar

» 2017-05-22 09:28 - Atəşkəs rejimi 128 dəfə pozulub

» 2017-05-18 14:56 - Şirazda Şura Seçkilərində Qaşqay türklərinin açıqladığı siyahı

» 2017-05-18 14:54 - Prezident: “Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi”

» 2017-05-18 14:51 - Mərənddə milli yönlü fəalların dəstəklədiyi namizədlərin siyahısı açıqlanıb

» 2017-05-18 12:48 - Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş fotosərgi açılıb

» 2017-05-18 10:44 - Erməni silahlı bölmələri iriçaplı pulemyot və minaatanlarla atəşkəsi pozub

» 2017-05-18 10:41 - Ermənistan Silahlı Qüvvələrinin Laçını işğal etməsindən 25 il ötür

» 2017-05-17 17:19 - MN: Ermənistan yaşayış məntəqələrimizi atəşə tutduğunu təsdiqlədi

» 2017-05-17 13:37 - Urmiyə Şəhər Şurası seçkçilərində müxtəlif qrup və icmaların siyahılarındakı müştərək namizədlər