Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

İstanbulda türk dünyasının sənədli film festivalı keçirilib - FOTO

İstanbulda türk dünyasının sənədli film festivalı keçirilib - FOTO

İstanbul şəhərində təşkil olunan festivala ölkəmiz də daxil olmaqla, 8 türk dövlətindən 140 film və iştirakçı qatılıb.

Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə “səkkiz ölkə, səkkiz şəhər” başlığı ilə keçirilən festival 3-cü dəfədir baş tutur. Festivala göndərilən filmlərdə türk çoğrafiyasının dünəninə, bugününə işıq salınıb. Filmlərdə türk dünyasının milli adət ənənələri, tarixi keçmişi, azadlıq uğrunda mücadilələri və tarixi şəxsiyyətləri nümayiş olunub. Tədbir çərçivəsində Ümumilli lider Heydər Əliyevin həyatından bəhs edən film də nümayiş olunub.

Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmir Heydər "Report"a açıqlamasında bildirib ki, Heydər Əliyevin həyatı, Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizəsi, türk dünyasının bütün bölgələrində göstərilməlidir. Festivalda peşəkar rejissorlarla yanaşı, tələbələr də iştirak edib. Finalda azərbaycanlı kinorejissor Vaqif Mustafayevin də sıralarında olduğu münsiflər heyəti tərəfindən bəyənilən 12 film yarışıb. Birinciliyi özbəkistanlı rejissor Əli Hamrayev “Səni unutmadım” sənədli filmi ilə qazanıb. İraqlı rejissor Didəm Şahin “Mən Türkmənəm” sənədli filmi ilə ikinci, türkiyəli rejissor Kaan Atilla Taşkın “Karadənizin yalnız nənələri” filmi isə üçüncülüyə layiq görülüb. Qalib filmlər Bakı, Lefkoşa, Bişkek, Daşkənd və İstanbul şəhərlərində nümayiş olunacaq.

Festival çərçivəsində türk dünyasının tarixini, mədəniyyətini, müasir həyat tərzini və problemlərini əks etdirən foto sərgi də nümayiş olunub.

Festivalda nümayiş etdirilən sərgidə Xocalı soyqırımı ilə bağlı orijinal fotolar da yer alıb.

XƏBƏRƏ AİD ŞƏKİLLƏR

yukarı çık