Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Afaq Gəncəli nişanlanır? - AÇIQLAMA + VİDEO

Afaq Gəncəli nişanlanır? - AÇIQLAMA + VİDEO

DAİM.AZ  xəbər verir ki, proqramın aparıcısı Zaur Kamalın Afaqa ünvanladığı “Nəyin həsrətini çəkirsiniz?” sualına o, yarıciddi-yarızarafat belə cavab verib:

“Hər şey yaxşı olacaq. Həyatımda var nəsə...”, - deyə “ATV Maqazin 10larla”nın aparıcısı bildirib.

Zaurun “Şok, şok, şok! Afaq Gəncəli nişanlanır!” sözlərinə isə qarşı tərəfın reaksiyası belə olub:

“Mən başqa şeyi nəzərdə tuturdum. Amma siz nişanlanmağımı deyirsinizsə, Allah ağzınızdan eşitsin. Ağlımda o deyildi. Amma nişanlansam, lap yaxşı olar. Bəlkə də cəsarət edib, varsa da deyə bilmədiyim bir kəlmədir. Həsrətindəyəm, vaxt gələndə qovuşacağam”.

A.Gəncəlini sorğu-suala çəkən Z.Kamalın “Nə zaman sevindirirsiniz bizi? (A.Gəncəlinin nişanlanmasını nəzərdə tutaraq - red.)” sualına teleaparıcı utanaraq belə bir cavab verib:

“Məndən olsa... Yox, bir ay tezdir! (gülür)”.

Xəbərin Videosu


Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık