Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Dünyada koronavirusa yoluxanların sayı 5 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 5 milyon nəfəri ötüb

DAİM.AZ pandemiyanın statistikasını aparan Worldometers saytına istinadla xəbər verir ki, Bakı vaxtı ilə bu gün saat 11:20-yə olan məlumata əsasən, dünyada 5 milyon 91 min 55 yoluxma və 329 min 762 ölüm faktı qeydə alınıb, 2 milyon 26 min 150 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
Koronavirusa hər üç yoluxmadan biri ABŞ-da qeydə alınıb. Burada yoluxanların sayı 1 milyon 593 min 39 nəfərə çatıb. Yoluxma sayına görə ABŞ-ın ardınca böyük fərqlə Rusiya (308 min 705 nəfər), Braziliya (293 min 357 nəfər), İspaniya (279 min 524 nəfər), Böyük Britaniya (248 min 293 nəfər) və İtaliya (227 min 364 nəfər) gəlir.
ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 94 min 941 nəfər. Birləşmiş Krallıqda 35 min 704 nəfər, İtaliyada 32 min 330 nəfər, Fransada 28 min 132 nəfər, İspaniyada isə 27 min 888 nəfər koronavirus səbəbindən həyatını itirib.

 

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık