Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

G20 ölkələri ABŞ-ı OPEC+ sazişinə cəlb etməyə çalışır

G20 ölkələri ABŞ-ı OPEC+ sazişinə cəlb etməyə çalışır

Bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat verib.

Qeyd olunur ki, ciddi çətinliklər səbəbindən hələlik razılıq əldə etmək mümkün olmur. Bunların arasında OPEC+in görüşünün təxirə salınması, həmçinin Moskva və Ər-Riyadın Vaşinqtonun da sazişə qoşulmasını istəməsi var. Eyni zamanda ABŞ Prezidenti Donald Tramp sazişə qoşulmaq və neftin qiymətini aşağı salmaq niyyətində olmadıqlarını söyləyib.

Vəziyyətə yaxın iki mənbənin sözlərinə görə, diplomatlar ABŞ-ı neft sazişinə cəlb etmək üçün aprelin 10-da G20 ölkələrinin energetika nazirlərinin görüşünü çağırmaq istəyirlər. OPEC+ görüşü isə aprelin 9-da baş tutmalıdır.

Xatırladaq ki, bazardakı tərəddüdlər martın 6-da keçirilən OPEC+ görüşündə iştirak edənlərin ortaq qərara gələ bilməməsindən sonra başlayıb. Rusiya 2020-ci ilin ikinci rübündə neft hasilatının daha 1,5 milyon barel/sutka azaldılması təklifini dəstəkləməyib. Danışıqların uğursuz olmasından sonra neftin qiyməti 30% ucuzlaşıb.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık