Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Fransa - Azərbaycan işgüzar görüşü keçirildi

Fransa - Azərbaycan işgüzar görüşü keçirildi

u barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, hər iki ölkənin aidiyyəti dövlət qurumlarının nümayəndələri və iş adamları iştirak ediblər.

Mikayıl Cabbarov tədbirin iki ölkənin biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycanda beynəlxalq əməkdaşlığa, o cümlədən Fransa ilə əlaqələrə böyük önəm verilir. Ölkələrimiz dünyanı bürümüş pandemiya şəraitində belə tərəfdaşlığı daha yüksək səviyyəyə çatdırmaqda qərarlıdırlar. Bu baxımdan MEDEF-in və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının tərəflər arasında biznes əlaqələrinin inkişafında səyləri təqdirəlayiqdir.

İqtisadiyyat naziri vebinar iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatlar, iqtisadiyyatın liberallaşdırılması tədbirləri, əlverişli biznes və investisiya mühiti, Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinin iştirakı ilə investisiya fəaliyyəti ilə bağlı hazırlanan yeni qanun layihəsi, birbaşa xarici investisiyaların təşviqinə dair strategiya və s. barədə ətraflı məlumat verib.

Azərbaycan-Fransa iqtisadi əməkdaşlığı barədə danışan İqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən sənaye, enerji, ticarət, xidmət, kənd təsərrüfatı və s. sahələrdə 65 Fransa şirkəti fəaliyyət göstərir.
 

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık