Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

BP “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatı ilk dəfə kəskin azaltmağa hazırlaşır

BP “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatı ilk dəfə kəskin azaltmağa hazırlaşır

BP-nin rəhbərlik ettdiyi konsorsium “Azəri-Çıraq-Günəşli” yataqları blokunda mayın əvvəlindən etibarən ilk dəfə hasilatı kəskin azaltmalı olacaq. Çünki Azərbaycan OPEC+ qlobal sövdələşməsi çərçivəsində üzərinə hasilatın azaldılması öhdəliyi götürüb.

Virtualaz.org xəbər verir ki, bu barədə “Reuters” agentliyi dörd ayrı mənbəyə istinadən bildirir.

Agentlik qeyd edir ki, bundan əvvəl Azərbaycan və Qazaxıstanda işlərən iri xarici neft şirkətləri hasilatın azaldılmasına dair istənilən hökumət sövdələşməsindən kənarda saxlanılırdı, çünki həmin şirkətlərin qoyduğu xarici investisiyalar yüksək dəyərləndirilir.

Lakin koronavirus pandemiyasının yaratdığı irimiqyaslı neft böhranı Azərbaycana OPEC+ çərçivəsində hasilatı BP və onun partnyorlarına məhdudiyyətlər qoymadan azaltmağa imkan vermir.

 

Azərbaycanın Energetika Nazirliyindən BP-nin rəhbərlik etdiyi konsorsiumun hasilatı azaldacağı haqda məlumata şərh verməyiblər. Agentlik bildirir ki, Azərbaycanın üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsini həm Nigeriya, Anqola, İraq kimi OPEC üzvləri, həm Qazaxıstan və Rusiya kimi kartelə daxil olmayan ölkələr diqqətlə izləyəcəklər.

Xatırladaq ki, aprelin 12-də Azərbaycan da daxil olmaqla OPEC+ ölkələri hasilatın sutkada 10 milyon barrelə qədər azaldılması barədə razılaşma əldə ediblər. Razılaşmaya əsasən Azərbaycan hasilatı sutkada 164 min barrel azaltmaq öhdəliyi götürüb. Rusiya və Səudiyyə Ərəbistanı isə hasilatı hərəyə 2.5 milyon barrel azaltmalıdır. Razılaşma mayın 1-dən qüvvəyə minir. Hasilatın azaldılmasından sonra Azərbaycanın gündəlik neft hasilatı 554 min barrel təşkil edəcək.

“Reuters”ə danışan mənbələr deyiblər ki, həmin 164 min barreldən 75-80 min barreli “Azəri-Çıraq-Günəşli” blokundakı nəhəng yataqların payına düşəcək. Bu isə “Azəri-Çıraq-Günəşli” blokundan hasil edilən neftin 15 faizi deməkdir. Konsorsium blokdan sutkada 535 min barrel neft hasil edirdi və bu həcmi 2020-ci ildə stabil saxlamağa hazırlaşırdı.

Hasilatın azaldılmasının qalan hissəsi isə Azərbaycanın ötən əsrin əvvəllərindən işlədilən quru neft yataqları hesabına təmin ediləcək. “Praporsional olaraq quru neft yataqları daha çox ixtisar edəcəklər, çünki bu yataqlarda hasilatın maya dəyəri yuxarıdır”,-mənbələrdən biri deyib.

“Azəri-Çıraq-Günəşli” yataqlarından hasilatın azaldılması təbii olaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neftin nəqlinin də azalmasına səbəb olacaq.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık