Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirilir - FOTO+VİDEO

Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirilir - FOTO+VİDEO

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən DAİM.AZ-a verilən məlumata görə, yeni qaydalara uyğun olaraq yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər Bakı-İstanbul reysinə buraxılır.

İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən sərnişin COVID-19-a dair mənfi nəticə barədə arayışı təqdim etməlidir. Bu halda İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşları karantindən azad edilirlər. Lakin həmin reysin sərnişinlərində COVID-19 əlamətləri aşkar edildikdə onlar təkrar surətdə tibbi müayinədən keçirilə bilərlər.

Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında açılmışdır. Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılır.

Bakı-İstanbul xüsusi reysi barədə videoçarxı qeyd olunan keçiddən istifadə etməklə izləyə bilərsiniz:

Xəbərin Videosu


XƏBƏRƏ AİD ŞƏKİLLƏR

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık