Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Türkiyə Super Liqası başladı

Türkiyə Super Liqası başladı

DAİM.AZ məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

"Fənərbağça" İstanbulda "Kayserispor"u qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Trabzonspor" isə səfərdə "Göztepe"ni 3:1 hesabı ilə üstələyib.

Bu nəticədən sonra "Fənərbağça" 43 xalla 7-ci pillədə qalıb, "Kayserispor" isə 22 xalla 18-ci sıradadır. "Trabzonspor" 56 xalla 1-ci, "Göztepe" isə 37 xalla 8-cidir.

27-ci turun digər oyunları 13 - 15 iyunda olacaq.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık