Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Təşkilat Komitəsinin prezidenti: "Tokio Olimpiadası ləğv oluna bilər"

Təşkilat Komitəsinin prezidenti:

2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları ləğv oluna bilər.

Bunu yarışın Təşkilat Komitəsinin prezidenti Yoşiro Mori açıqlayıb.

O bildirib ki, Olimpiadanın təxirə salınmasına səbəb olan koronavirus pandemiyası nəzarətə götürülməsə dördilliyin mötəbər yarışı ləğv olunacaq. Onun sözlərinə görə, 2021-ci il iyulun 23-də start götürməli olan yarış yenidən təxirə salınması mümkün deyil: “Əgər pandemiya təhlükəsi qalsa, Olimpiada 2022-ci ilə təxirə salınmayacaq. Belə olan halda yarış ləğv ediləcək. Oyunlar indiyədək yalnız müharibə illərində ləğv olunub. də görünməyən düşmənlə döyüşdür. Əgər virusun qarşısı alınsa, Olimpiadanı gələn ilin yayında təşkil edəcəyik. Bütün insanlar buna ümid edir”.

Yaponiya Tibb Assosiasiyasının Olimpiadanın gələn il keçirilməsinin çox çətin olacağı ilə bağlı xəbərdarlıq edib. Qurumun rəhbəri Yositaki Yokokura bunun ağır olacağını bildirib: “Deməzdim ki, Olimpiadanı keçirmək olmaz. Amma bu çox çətin olacaq”.

Qeyd edək ki, 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020-nin 2021-ci il iyulun 23-dən avqustun 8-dək baş tutması planlaşdırılır/APA.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık