Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

“Roma” qələbə qazanıb, “Latsio” isə məğlub olub

“Roma” qələbə qazanıb, “Latsio” isə məğlub olub

"Roma" klubu səfərdə autsayder “Breşiya"nın qonağı olub. “Mario Rigamonti” stadionunda keçirilən görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. “Roma”in heyətində Federiko Fazio, Nikola Kaliniç və Nikolo Dzaniolo fərqləniblər. Bu qələbədən sonra xal ehtiyatını 54-ə çatdıran “Roma” turnir cədvəlində 5-ci yerə yüksəlib. “Breşiya” isə 21 xalla 19-cu pillədə qərarlaşıb.

Turnir cədvəlində ikinci pillədə qərarlaşan “Latsio” öz meydanında “Sassuolo” klubunu qəbul edib. Görüş “Sassuolo”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Latsio”nin ardıcıl üçüncü məğlubiyyətidir. 

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık