Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Portuqaliya Kubokunun qalibi Porto klubu olub

Portuqaliya Kubokunun qalibi Porto klubu olub

DAİM.AZ xəbər verir ki, qarşılaşma “Portu”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Portu” matçın 37-ci dəqiqəsində azlıqda qalıb. Hücumçu Luis Dias ikinci sarı vərəqədən sonra meydandan qovulub. Serjio Konseysaunun komandası rəqibin sayca üstünlüyünə baxmayaraq, müdafiəçi Şansel Mbembanın qolu sayəsində ikinci hissənin əvvəlində hesabda irəli çıxmağa müvəffəq olub. 11 dəqiqə sonra Mbemba dubl edib.

Oyunun sonunda “Benfika”nın hücumçusu Vinisius Morais penaltini dəqiq reallaşdıraraq hesabdakı fərqi azaldıb.

"Portu" 17-ci dəfə Portuqaliya Kubokunun qalibi olub. "Əjdahalar" indi titulların miqdarına görə "Sportinq"lə ikinci yeri bölüşürlər.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık