Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Nazarovdan ard-arda Almaniyada növbəti qol - VİDEO

Nazarovdan ard-arda Almaniyada növbəti qol - VİDEO

DAİM.AZ xəbər verir ki, millimizin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” növbəti matçına çıxıb. 

 

“Nürnberq”in qonağı olan Aue təmsilçisi səfərdən 1:1 hesablı bərabərliklə dönüb.  

 

Qonaqların heyətində yeganə qola 51-ci dəqiqədə yığmamızın oyunçusu imza atıb. Start heyətində yer alan yarımmüdafiəçi hesabı açsa da, 63-cü dəqiqədə ev sahibləri avtoqol sayəsində məğlubiyyətdən qaçıblar. Nazarov qarşılaşmanın 66-cı dəqiqəsində əvəzlənib. 

 

Qeyd edək ki, aktivindəki xalların sayını 38-ə yüksəldən “Erzgebirge” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 

Xəbərin Videosu


Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık