Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

İngiltərə Premyer Liqası üçün arzuolunmaz itki

İngiltərə Premyer Liqası üçün arzuolunmaz itki

İngiltərə Premyer Liqasında 2019/2020 mövsümü vaxtından əvvəl tamamlanacağı təqdirdə, çempionatın hansı itkilərə məruz qalacağı bəlli olub.

Bu barədə Premyer Liqanın baş direktoru Riçard Masters “Sky Sports”a açıqlama verib. O, bildirib ki, mövsüm başa çatmasa, 1 milyard funt sterlinq itirəcəklər. 

Qeyd edək ki, İtaliyanın “Udineze” klbunun idman direktoru Pyerpaolo Marino İngiltərə Premyer Liqası rəhbərliyinin mövsümü vaxtından əvvəl tamamlamağa hazırlaşdığını açıqlayıb. Çempionatın bərpası koronavirusa görə qeyri-müəyyən müddətədək təxirə salınıb. 

Mənbə: REPORT

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık