Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Çempionlar Liqası avqustun 7-də yenilənəcək

Çempionlar Liqası avqustun 7-də yenilənəcək

Koronavirus pandemiyasına görə dayandırılmış Çempionlar Liqasının və Avropa Liqasının yenilənməsinin mümkün tarixləri məlum olub.

“Report”un məlumatına görə, bu barədə “Sky Sport Italia” bildirib

Məlumata görə, Avropa Liqası oyunlarının 2-3 avqustda yenilənməsi planlaşdırılır. Çempionlar Liqası isə öz növbəsində 7-8 avqustda yenilənəcək.

Oyunlar hər üç gündən bir keçiriləcək. Daha əvvəl bildirilirdi ki, UEFA 29 avqustda Çempionlar Liqasının finalını keçirməyi planlaşdırır.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılması riskinə görə bütün dünyada kütləvi idman tədbirləri dayandırılıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık