Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Avrokubokların formatı dəyişir.

Avrokubokların formatı dəyişir.

DAİM.AZ  "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, virusun yayılmasının qarşısını almaq məqsədi ilə hər iki turnirdə oyunların 1/4 final mərhələsindən "8-lər finalı" formatında keçirilməsi gündəmdədir.

Matçların Portuqaliyanın paytaxtı Lissabonda təşkili planlaşdırılır. Komandalar öz aralarında 2 deyil, 1 oyun keçirəcəklər.

Qarşılaşmaların həmçinin Münhen və Madriddə oynanılması variantı da nəzərdən keçirilir. Yekun qərar UEFA İcraiyyə Komitəsinin iyunun 17-dəki iclasında qəbul olunacaq.

Qeyd edək ki, daha əvvəl Çempionlar Liqasının finalına Türkiyənin İstanbul, Avropa Liqasının həlledici görüşünə isə Polşanın Qdansk şəhərlərinin ev sahibliyi etməsi qərara alınıb.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık