Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Bakıda karantin qaydalarını pozaraq polisdən qaçan sürücü belə tutuldu - VİDEO

Bakıda karantin qaydalarını pozaraq polisdən qaçan sürücü belə tutuldu - VİDEO

Bu gün Bakıda 99 PD 218 dövlət nömrə nişanlı avtomobil ilə sərt karantin rejiminin qaydalarını pozaraq şəhərdə hərəkət edən, eyni zamanda müxtəlif avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.

DAİM.AZ xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımının əməkdaşlarının saxla əmrinə tabe olmayan sürücü qaçmağa cəhd göstərib. 10-cu tağımın komandiri, polis kapitanı Dilbazi Nəbiyevin rəhbərliyi ilə keçirilən  tədbirlər nəticəsində sürücü  saxlanılıb. Məlum ki, 1990-cı il təvəllüdlü Həsənov Mirsadıq Kamran oğlu "Daewoo Centra" markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Saxlanılan zaman sürücünün narkotik vasitələrin təsiri altında olduğu şübhəsi yaranıb. Amma o tibbi müayinədən imtina edib. Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Mirsadıq Həsənov 1 il sürücülük hüququ məhdudlaşdırılmaqla 30 gün müddətində inzibati qaydada həbs edilib. Görüntüləri təqdim edirik:

Xəbərin Videosu


Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık