Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

FARS TELEVİZİYASI QARABAĞI “ARTSAX MUXTAR RESPUBLİKA” ADLANDIRIB - VİDEO

FARS TELEVİZİYASI QARABAĞI “ARTSAX MUXTAR RESPUBLİKA” ADLANDIRIB - VİDEO

ANT televiziyası xəbər verir, Fars opozisiyonlarına aid olan “Mənoto” televiziyasının aparıcısı “Xəbər otağı” adlı verilişində Dağlıq Qarabağı “Artsax muxtar respublika” adlandırıb.
Aparıcı İran İslam hakimiyyətini bu münaqişəli bölgədə hərəkətlərini şübhəli və qalmaqala səbəb olan bir akt kimi dəyərləndirib.
“İranla qonşu olan Ermənistan və Azərbaycan arasında münaqişəli olan bu kiçik ərazidə – Qarabağ ya “Artsax muxtar respublikası”nda İranın hərəkətləri şübhəli və qalmaqala səbəb olan bir aktdır. Görəsən, iran hakimiyyəti bu ərazidə nə axtarır? Bu məntəqədə nüfuzuna vüsət verməkmi istəyir?”- deyə aparıcı bildirib.
Artırmalıyıq ki, keçmiş illərdə fars opozisiyonları – o cümlədən, Şahçılar, “mücahid”lər, İrançılar və fars müxalifət kanalları belə Azərbaycanın ərazi bütövlüyünə, xüsusi ilə Dağlıq Qarabağ məntəqəsinə düşməncəsinə təbliğat aparmaqdadırlar.
Maraqlısı budur ki, “Mənoto” televiziyasının aparıcısı Qarabağ məntəqəsi sözünü deyəndən sonra bir neçə saniyə ara verib. Sonra “ Artsax muxtar respublikası” sözünü dilə gətirib. Görünür, aparıcı efir otağından əmr alaraq bu sözü səsləndirib. Çox güman ki, bu, onların qərəzli siyasətindən irəli gəlir.

Xəbərin Videosu


Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 4
yukarı çık