Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

XƏBƏRDARLIQ!!!Koronavirusun ikinci dalğası ola bilər.

XƏBƏRDARLIQ!!!Koronavirusun ikinci dalğası ola bilər.

DAİM.AZ-ın məlumatına görə, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr qeyd edib ki, qaydalara əməl olunarsa, epidemik ocaqlar sönəcək:

“Birinci dalğa geridə qalacaq. Əksinə olsa, qış aylarında ikinci dalğa təhlükəsi özünü daha ciddi şəkildə büruzə verə bilər. Bu da virusun baş verə biləcək mutasiyalarından asılıdır”.

O əlavə edib ki, son həftələrdə yeddi gündən sonra təkrar pozitiv çıxan halların sayında artım olub:

“Mütəxəssislər düşünür ki, buna mutasiyanın baş verməsi səbəb ola bilər. Ona görə də, mutasiya və ikinci dalğa ilə bağlı məsələlər sual altındadır”.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık