Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Tərtər rayonunda avtomobil yollarının yenidən qurulması diqqət mərkəzindədir

Tərtər rayonunda avtomobil yollarının yenidən qurulması diqqət mərkəzindədir

 Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda son illərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülüb. Prezident İlham Əliyevin Sərəncamlarına və regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına əsasən Bərdə-İstisu avtomobil yolunun Tərtər-Bərdə və Tərtər-Şıxarx hissələri, Tərtər-Hindarx, Tərtər-Seydimli-Qaradağlı-Sarov, Bayandur-Poladlı, Cəmilli-Dəmirçilər, Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı, Səhləbad-Əskipara-Qarağacı-Qapanlı-Yuxarı Qaradağlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Hüsənli, həmçinin İsmayılbəyli, Borsunlu avtomobil yolları yenidən qurulub. Tərtərçay və İncəçay üzərində strateji əhəmiyyətli körpülər inşa edilib.

Cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan sakinlərin sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir.

XƏBƏRƏ AİD ŞƏKİLLƏR

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık