Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Təhsil naziri rektorlara göstəriş verdi

Təhsil naziri rektorlara göstəriş verdi


Təhsil Nazirliyindən DAİM.AZ-a verilən məlumata görə, videogörüşdə Ceyhun Bayramov yaz imtahan sessiyasının Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli Qərarında, eləcə də Təhsil Nazirliyinin müvafiq əmr və təlimat məktublarında göstərilən şərt və tələblərə riayət olunmaqla təşkil edildiyini deyib.

Nazir vurğulayıb ki, COVID-19 pandemiyası ilə əlaqədar imtahanların texniki vasitələrdən istifadə olunmaqla onlayn rejimdə keçirilməsinə üstünlük verilir, eyni zamanda, canlı imtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkili zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə ciddi riayət olunması təmin edilir.

Qeyd olunub ki, təhsil müəssisələrində imtahan qərargahları yaradılıb və imtahan sessiyası müddətində tələbələrdən daxil olan şikayətlərin operativ araşdırılması, onların yerində həll edilməsi təmin edilir. Yaz imtahan sessiyasında iştirak etməyə hazır olmayan tələbələr üçün isə avqust-sentyabr aylarında ödənişsiz şəkildə icmal mühazirələrin təşkili və sentyabrın 15-dək onlar üçün yenidən imtahanlarda iştirak etmək imkanının yaradılması tapşırılıb.

XƏBƏRƏ AİD ŞƏKİLLƏR

Mənbə: REPORT

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık