Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Sosial xidmət, reabilitasiya və peşə hazırlığı müəssisələri də publik hüquqi şəxslərə çevrilir

Sosial xidmət, reabilitasiya və peşə hazırlığı müəssisələri də publik hüquqi şəxslərə çevrilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Fərmanda verilən tapşırığa uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələri əsasında Sosial Xidmətlər Agentliyinin tabeliyində olmaqla publik hüquqi şəxslərin yaradılması təmin olunacaq. Həmçinin, Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinə aid peşə hazırlığı mərkəzləri əsasında Dövlət Məşğulluq Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə aid reabilitasiya müəssisələri əsasında isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olmaqla publik hüquqi şəxslər formalaşacaq.

Bu məqsədlə Nazirlik iki ay müddətində zəruri tədbirlər görülməsini təmin edəcək.

Qeyd edilən müəssisələrin publik hüquqi şəxslərə çevrilməsi onların fəaliyyətinin inkişafına və fuksiyalarının genişlənməinə, nəticə etibarilə əhaliyə göstərdikləri xidmətlərin keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık