Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

SON DƏQİQƏ!!! Karantin rejimi daha da sərtləşdirilir

SON DƏQİQƏ!!! Karantin rejimi daha da sərtləşdirilir

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, bir sıra hallarda sahibkarlıq subyektləri, Operativ Qərargahın mümkün qədər işə az əməkdaş çıxarmağa dair tövsiyələrinə baxmayaraq, bütün işçi heyətini tam tərkibdə, yaxud da böyük əksəriyyətini “İcazə.e-gov.az” portalından qeydiyyatdan keçirərək işə çıxmaları üçün birdəfəlik icazələr alır:

"Eyni zamanda fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslər də, bəzi hallarda mühafizə və texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri olandan xeyli artıq sayda əməkdaşları qeydiyyatdan keçirirlər.

Belə yanaşmaların müəyyən olunmuş məhdudiyyət tədbirlərinin səmərəsini azaldır, əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.

Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantın rejimində işə çıxmasına icazə verilənlərin sayı ilə bağlı müəyyən olunmuş bir sıra məhdudiyyətlərin sərtləşdirilməsi məsələsinə yenidən baxılmasını zəruri hesab edir və bu istiqamətdə vacib olan bütün qərarları qəbul edəcək".

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 1 Üzgün 0 Kızgın 0
yukarı çık