Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Rusiya koronavirusa yoluxma hallarının sayı Almaniyanı ötdü

Rusiya koronavirusa yoluxma hallarının sayı Almaniyanı ötdü

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 23 803 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 6 703.

Qeyd edək ki, Almaniyada indiyədək 166 091 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 265 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
 

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık